...

Mərkəzi Nəbatat Bağında amfiteatr inşa ediləcək

Cəmiyyət Materials 5 May 2023 13:18 (UTC +04:00)
Mərkəzi Nəbatat Bağında amfiteatr inşa ediləcək
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Mərkəzi Nəbatat Bağında amfiteatrın inşası nəzərdə tutulur.

Trend-in məlumatına görə, bunu Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov deyib.

O bildirib ki, bağın ərazisində hər hansı ictimai iaşə obyektinin tikilməsi nəzərdə tutulmur:

"Təsdiqlənmiş layihə əsasında geniş yenidənqurma işləri çərçivəsində park içərisində geniş meşə və yaşıllıq örtüyü yaradılır, ağacların sayı artırılır. Həmçinin, ərazidə uşaqlar üçün meydança da salınacaq. Aparılacaq işlər çərçivəsində Mərkəzi Nəbatat Bağında göl yaradılacaq".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti