Bakı. Trend:
Bu gün Yasamal Rayon İcra Hakimiyyəti yanında Heydər Əliyev Mərkəzində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə dördəmlərin ailəsinə doğum haqqında şəhadətnamələr təqdim edilib.
Trend-in məlumatına görə, Məmmədli ailəsinin 31 mart 2023-cü ildə dördəmləri dünyaya gəlib.
Bir qız, üç oğlan övladı olan uşaqlara ailə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını veriblər.
Dördəmlərin anası jurnalistlərə açıqlamasında övladlarını Azərbaycan Respublikasının Prezidentinin, Birinci xanımın, Ulu öndərin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şərəfinə adlandırdıqlarını bildirib: