...

Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib (FOTO)

Cəmiyyət Materials 19 May 2023 17:12 (UTC +04:00)
Sahil Babayev Şəkidə vətəndaşları qəbul edib (FOTO)

Bakı. Trend:

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Şəki şəhərində Şəki və Qax rayonlarının sakinlərini qəbul edib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, qəbuldan əvvəl Sahil Babayev və Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Ümummilli Liderimiz Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Qəbul zamanı vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq proqramına cəlb edilmə, ünvanlı sosial yardım, mənzil və avtomobillə təminat, əlillik, reabilitasiya və s. məsələlərlə bağlı müraciət ediblər. Müraciət edənlər sırasında müharibə iştirakçıları da olub.

Hər bir müraciət fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülüb.

Vətəndaşlar müraciətlərinə əsasən aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar. Sorğu xarakterli müraciətlərlə bağlı müvafiq mövzularda izahatlar verilib.

Qəbulda ikinci "Yüksəliş" müsabiqəsinin qalibləri Fərrux Məhərrəmli və Nərgiz Balakişiyeva da iştirak edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti