...

Hindistanın Bakıdakı səfirliyi silsilə yoqa tədbirləri keçirəcək (FOTO)

Cəmiyyət Materials 31 May 2023 13:28 (UTC +04:00)

Bakı. Trend:

Hindistanın Bakıdakı Səfirliyi 2023-cü il Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün Azərbaycanın müxtəlif şəhərlərində silsilə yoqa tədbirləri təşkil edəcək. Bu tədbirlər fiziki və mənəvi sağlamlığı yaxşılaşdırmaq, harmoniya və birlik hissini aşılamaq, Hindistan və Azərbaycan arasında mədəni əlaqələri daha da möhkəmləndirmək məqsədini daşıyır.

Hindistan Səfirliyi bu tədbirləri Azərbaycanın müxtəlif mənzərəli yerlərində, o cümlədən Respublika Velodromu, Bakı Bulvarı, Qobustan, Atəşgah, Şamaxı, Yanardağ, Qəbələ, "Şabran" İstirahət Kompleksi, İçərişəhər və Heydər Əliyev Mərkəzinin parkında keçirəcək.

Bu tədbirlərə həm yoqa həvəskarları, həm də yoqaya yeni başlayanlar dəvət olunurlar. İştirakçılar "The Art of Living Azerbaijan", "Yoga Shahi Studio" və Azərbaycan Klassik Yoqa Məktəbini təmsil edən təcrübəli təlimatçıların rəhbərlik etdiyi yoqa seanslarında iştirak edə biləcəklər. Hər yoqa seansı müxtəlif yoqa duruşlarını, tənəffüs məşqlərini və meditasiya texnikalarını əhatə edəcək.

21 iyun tarixi Hindistanın təşəbbüsü ilə Birləşmiş Millətlər Təşkilatının yekdil qərarı ilə 2015-ci ildən etibarən qlobal səviyyədə Beynəlxalq Yoqa Günü kimi tanınıb. 21 iyun həmçinin şimal yarımkürəsində ilin ən uzun günüdür və dünyanın bir çox yerində xüsusi əhəmiyyətə malikdir. Kökləri hind fəlsəfəsinə dayanan qədim yoqa təcrübəsi sağlamlığa vahid yanaşmanı təmin edir. Elmi cəhətdən sübut edilmişdir ki, yoqa insan bədəninin çevikliyini artırır, gərginliyi azaldır, zehni aydınlığı və fiziki hazırlığı yüksəldir. Yoqanın həmçinin immuniteti gücləndirdiyi, konsentrasiyanı artırdığı və daxili sülhü yaratdığı məlumdur.

Yoqa seanslarında iştirak etmək və yoqanın dəyişdirici gücünü yaşamaq üçün iştirakçılara yoqa xalçalarını özləri ilə gətirmələri və rahat paltar geyinmələri tövsiyə olunur.

Azərbaycanda Beynəlxalq Yoqa Günü tədbirləri haqqında ətraflı məlumat almaq və ya iştirakınızı qeydiyyatdan keçirmək üçün Hindistan Səfirliyinin feysbukda www.facebook.com/indiainazerbaijan və tvitterdə @indembassybaku səhifələrini ziyarət etməyiniz və ya birbaşa olaraq + 994 50 291 79 87 telefon nömrəsinə zəng etməklə əlaqə saxlamağınız xahiş olunur.

Beynəlxalq Yoqa Gününü qeyd etmək üçün bizə qoşulun və özünüzü kəşf edin, bizimlə daxili harmoniya və sağlamlıq səyahətinə qədəm qoyun.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti