Bakı. Trend:
Cari ilin hazırlıq planına əsasən, "N" hərbi hissəsində ehtiyatdan çağırılan bir qrup hərbi vəzifəlilərin iştirakı ilə növbəti təlim toplanışı keçirilir.
Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, plana uyğun olaraq, toplanış məntəqəsinin qərargahında müvafiq qeydiyyat və həkim müayinəsindən keçən hərbi vəzifəlilər hərbi geyim, həmçinin digər təminat növləri ilə təmin olunublar.
Hərbi vəzifəlilərə hərbi-vətənpərvərlik mövzusunda hazırlanmış
film nümayiş etdirilib.
Mütəmadi olaraq keçirilən toplanışın əsas məqsədi hərbi
vəzifəlilərin döyüş vərdişlərini, hərbi ixtisas və təcrübələrini
təkmilləşdirməklə yanaşı, ordumuzun arsenalında olan müasir silah
və hərbi texnika ilə yaxından tanış etmək, istismar qaydalarını
öyrətməkdir.