Bakı. Trend:
Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışının ilk mərhələsinin qalibi müəyyənləşib.
Trend xəbər verir ki, turnirin birinci gününün qalibi Bolqarıstan millisinin üzvü Martin Papanov olub.
O, Bakının Səbail rayonundakı Veloparkdan 150 km məsafəni hamıdan tez qət edərək Şamaxıdakı finiş xəttinə çatıb.
İtaliyalı velosipedçi Ansalone Emanuele ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü yeri tutub.
Qeyd edək ki, iyunun 11-dək davam edəcək yarışda dünyanın 14 ölkəsindən 16 komandanın heyətində 100-dən çox velosipedçi mübarizə aparır. Turnir Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları qazanmaq imkanı verəcək.