Bakı. Trend:
Azərbaycanda sərnişindaşımalara görə yeni cərimələr müəyyən edlir.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə dəyişiklikdə öz əksini tapıb.
Dəyişikliyə əsasən, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən taksi minik avtomobilləri ilə sərnişin daşınmasının təşkilinə görə - vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edılir.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə sərnişin
və yük daşıma
qaydalarını pozmaqla taksi minik avtomobilləri ilə sərnişin
daşınmasına görə - qırx manat məbləğində cərimə edilir.
Buraxılış kartı olmadan və ya avtomobil nəqliyyatı ilə
qeyri-müntəzəm sərnişin
və yük daşıma qaydalarını pozmaqla yük və qeyri-müntəzəm sərnişin
daşınmasına görə - əlli manat məbləğində cərimə edilir.
Buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və
qeyri-müntəzəm sərnişin
daşınmasının təşkilinə görə - vəzifəli şəxslər üç yüz manat
məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə
edilir.