Bakı. Trend:
Dərman vasitələrinin sadələşdirilmiş ekspertizanın nəticələrinə əsasən xarici (beynəlxalq) qeydiyyatı tanınaraq dərman vasitələrinin dövlət reyestrinə daxil edilməsi üçün tələb olunan sənədlərin sayı azaldılır və sadələşdirilmiş, qeydiyyat prosedurlarının müddətləri azaldılır.
Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən "Dərman vasitələri haqqında" qanuna dəyişiklikdə öz əksini tapıb.
Bununla yanaşı dərman vasitələrinin xarici (beynəlxalq) qeydiyyatının tanınmasına müraciət edən ərizəçi qismində istehsalçı ilə yanaşı topdansatış əczaçılıq müəssisəsi nəzərdə tutulmuşdur. Beləliklə də dərman vasitələrinin Azərbaycan Respublikasına gətirilməsi məqsədilə qeydiyyatı üçün müraciət edə biləcək tərəflərin dairəsi genişlənmiş və bütövlükdə qeydiyyat prosesi surətləndirilmişdir.