...

Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı gimnast Almaniyadan medalla qayıdır (FOTO)

Cəmiyyət Materials 27 İyun 2023 08:30 (UTC +04:00)
Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən azərbaycanlı gimnast Almaniyadan medalla qayıdır (FOTO)
Cani Babayeva
Cani Babayeva
Bütün xəbərlər

Bakı. Trend:

Berlin şəhərində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında iştirak edən idmançılarımız Azərbaycana qayıdıblar.

Trend xəbər verir ki, idmançılarımız Heydər Əliyev adına Beynəlxalq Aeroportunda böyük coşqu ilə qarşılanıblar.

Qarşılanma mərasimində ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, federasiya rəsmiləri və jurnalistlər iştirak ediblər.

Qeyd edək ki, Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında ölkəmizi fərqli idman növləri üzrə 49 idmançı təmsil edib. Millimiz 6 qızıl, 5 gümüş və 13 bürünc medal olmaqla, 24 medal qazanıb.

Berlində keçirilən Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən idmançılar arasında bədii gimnastika üzrə yarışan Mehriban Tağıyeva da var.

Xatırladaq ki, Mehriban Tağıyeva yarışlarda topla hərəkətdə qızıl medala layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti