...

Bakıda Qurbanlıq qoyunların satış məntəqələrindən FOTOREPORTAJ

Cəmiyyət Materials 28 İyun 2023 12:52 (UTC +04:00)

Bakı. Trend:

Bu gün Azərbaycanda Qurban bayramı qeyd olunur. İyunun 28-i və 29-u Qurban bayramı günləridir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Qazılar Şurasının Qurban bayramı ilə bağlı fətvasında bildirilib ki, AMEA Şamaxı Astrofizika Rəsədxanasının 2023-cü il hesablamalarına əsasən, Azərbaycan üfüqündə Hilalın görünməsinə uyğun olaraq builki Qurbаn bаyrаmı Zilhiccə ayının 10-na – Miladi təqvimlə 28 iyun tarixinə təsadüf edir. Şəriətə uyğun olaraq Qurban kəsimi həmin tarixdən başlayaraq 3 gün davam edə bilər.

Bu gün məscidlərdə bayram namazı qılınıb. Ardınca insanlar qurbanlarını kəsmək üçün heyvanların kəsimi məntəqələrinə üz tutublar.

Trend Qurbanlıq qoyunların satış məntəqələrindən fotoreportajı təqdim edir:

Qeyd edək ki, İsmayıl Qurbanında kəsilən heyvanlarda bir sıra şərtlər vacib sayılır. Qurbanlıq kimi seçilən heyvan qoç, iribuynuzlu dana, yaxud da dəvə olmalıdır. Nəsil artımında dişi heyvanların müstəsna rolu olduğuna görə qurbanlıq heyvanın erkək olması daha üstün tutulur. Qurbanlıq qoçun yaşına gəlincə, bu, ən azı altı aylıq heyvan olmalıdır. Lakin dana, yaxud dəvənin bir yaşı tamam olsa, daha yaxşıdır. Qurbanlıq dəvənin beş yaşı tamam olmalıdır. Qurban bayramında kəsilən heyvanın sağlam olması da vacib şərtdir. Əzalarında hər hansı nöqsanı olan, buynuzunun, yaxud qulağının biri olmayan, axtalanmış heyvanın qurban kəsilməsi İslamda məsləhət görülmür. Kəsiləcək qurbanlıq gözəgəlimli olmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti