...

Sosial şəbəkələrdə saxta iş elanları paylaşılır - DİQQƏTLİ OLUN!

Cəmiyyət Materials 5 İyul 2023 18:50 (UTC +04:00)
İlqar Şabanov
İlqar Şabanov
Bütün xəbərlər

Bakı. Trend:

Sosial şəbəkələr vasitəsilə vətəndaşlara müxtəlif tanınmış şirkətlərin adından onlayn qaydada işləməklə gəlir əldə etməyi vəd edən mesajlar göndərilir və həmin şirkətlərin rəsmi internet informasiya ehtiyatına oxşar saxta veb-səhifələr yaradılaraq vətəndaşlardan fərdi məlumatlarını, əsasən də, bank kartı məlumatlarını daxil etmələri tələb olunur.

Trend xəbər verir ki, bu barədə Elektron Təhlükəsizlik Xidməti məlumat yayıb.

Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə mesajlara etimad etməməyi və bu kimi mesajların tərkibindəki keçidlərə daxil olmamağı, bank və digər fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti