...

Dövlətə xəyanətdə təqsirləndirilən şəxs barədə məhkəmə prosesi başlayıb

Cəmiyyət Materials 17 İyul 2023 18:27 (UTC +04:00)

Bakı. Trend:

Dövlətə xəyanətdə təqsirləndirilən Fidan Əliyevanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Trend xəbər verir ki, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilib.

Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmə baxışı iyulun 21-nə təyin olunub.

Qeyd edək ki, Əliyeva Fidan Teymur qızı dövlətə xəyanət etməkdə təqsirləndirilir və ona Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə ittiham verilib. Lakin ona verilən ittihamın mahiyyəti açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti