...

Aysel Fərziyevaya yeni vəzifə verildi

Cəmiyyət Materials 2 Avqust 2023 17:35 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı.Trend:

Qida Təhlükəsizliyi Agentliyinin keçmiş mətbuat katibi, məşhur aparıcı Aysel Fərziyeva yüksək vəzifəyə təyinat alıb.

Trend xəbər verir ki, o, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “ARAZ” supermarketlər şəbəkəsinin Marketinq Kommunikasiyaları şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

Media və ictimaiyyətlə əlaqələr sahəsi üzrə 10 ildən çox təcrübəsi olan A.Fərziyeva əmək fəaliyyəti ərzində Lider TV, ATV, REAL TV və ARB 24 telekanallarında müxtəlif verilişlərin layihə rəhbəri və aparıcısı kimi fəaliyyət göstərib.

A.Fərziyeva 2018-ci ildən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Qida Təhlükəsizliyi İnstitutu PHŞ-nin İctimaiyyətlə əlaqələr departamentinin müdiri, AQTA sədrinin media məsələləri üzrə köməkçisi vəzifələrində çalışıb və “Süfrə” elmi-kütləvi jurnalının baş redaktoru olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti