...

Kürdəmirdə ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib (FOTO)

Cəmiyyət Materials 5 Avqust 2023 14:25 (UTC +04:00)
Kürdəmirdə ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib (FOTO)

Bakı. Trend:

Sanitar vəziyyətin qiymətləndirilməsi, mövcud norma və qaydalara əməl olunmasına nəzarət məqsədilə Kürdəmir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayon ərazisində yerləşən ət kəsimi və satışı məntəqələrində monitorinq keçirilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, keçirilən tədbir zamanı 5 məntəqədə sanitar-gigiyenik normaların pozulması halları aşkar edilib.

Qayda pozuntusuna yol verən şəxslərlə profilaktik söhbət aparılıb və barələrində İnzibati Xətalar Məcəlləsinin 220.2-ci (Yeyinti məhsullarının istehsalı, saxlanması, daşınması və satışı zamanı qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların pozulmasına görə) maddəsi ilə protokol tərtib olunaraq Qida Təhlükəsizliyi Agentliyinə göndərilib.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti