...

Kürdəmirdə maşın kanala aşdı - Ölənlər var

Cəmiyyət Materials 16 Avqust 2023 19:26 (UTC +04:00)
Kürdəmirdə maşın kanala aşdı - Ölənlər var

Bakı. Trend:

Kürdəmirdə avtomobil suvarma kanalına aşıb.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Kürdəmir rayonunun Şüşün kəndində hərəkətdə olan avtomobil suvarma kanalına düşüb.

FHN-nin ən yaxın xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən həyata keçirilən tədbirlər nəticəsində “Mitsubishi” markalı avtomobildə sıxılı vəziyyətdə qalan 2 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti