...

Uşaqlar arasında yeni virus yayılıb - Səhiyyə Nazirliyindən AÇIQLAMA

Cəmiyyət Materials 18 Avqust 2023 17:15 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün Azərbaycanda uşaqlar arasında yeni virus yayılıb, qızdırma, öskürək kimi əlamətlərlə müşahidə olunur.

Məsələ ilə bağlı Trend-ə açıqlama verən Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Əkbər Quliyev bildirib ki, son zamanlarda uşaqlar arasında adenovirus yoluxmalarına rast gəlinir.

Onun sözlərinə görə, bu, üst tənəffüs yolunu tutan virusdur.

“Virus yüksək temperatur, əvvəl quru, daha sonra isə bəlğəmli öskürəklə müşahidə olunur. 5-6 gündən sonra əlamətlər yavaş-yavaş azalır”, - deyə Ə.Quliyev bildirib.

“Uşaqlar bir-biri ilə yaxın təmasda olanda virusu hava-damcı yolu ilə ötürə bilirlər. Bəzi hallarda gözlərdə konyuktivit, mədə-bağırsaqda narahatlıq da müşahidə olunur. Virusun müalicəsi simptomatikdir”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti