...

Koronavirusa yoluxma halları artır - Yenidən maska rejimi tətbiq oluna bilər?

Cəmiyyət Materials 28 Avqust 2023 10:52 (UTC +04:00)
Koronavirusa yoluxma halları artır - Yenidən maska rejimi tətbiq oluna bilər?
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin fevral ayında koronavirusun yüksək paylanma effektivliyi ilə EG.5 növü olan "Eris" qeydə alınıb. Bu Omicron ştammının yeni versiyasıdır. Artıq 51 ölkədə yayılmış EG.5 yoluxuculuq indeksinin sələflərindən bir qədər yüksək olması ilə fərqlənir. Əvvəlki aylarla müqayisədə xəstəxanaya yerləşdirilən xəstələrin sayı bir qədər artıb. Yaranmış vəziyyətlə əlaqədar artıq ABŞ Prezidentinin Administrasiyası amerikalıları COVID-ə qarşı peyvənd olmağa çağırıb. Hətta Kaliforniya, Nyu-York və Corciya ştatları məcburi maska rejimi tətbiq etməyə başlayır.

Bəs Azərbaycanda vəziyyət nə yerdədir? Yenidən maska rejimi tətbiq oluna bilər?

Məsələ ilə bağlı Trend-in suallarını cavablayan Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti infeksionist Vasif Əliyev bildirib ki, koronavirusa yoluxma 65 faiz artsa da, ölüm riskində 48 faiz azalma var.

"COVID-19-un EG.5 növü olan "Eris" növü sürətli yayılsa da, ölüm riski daha aşağıdır. Azərbaycanda hazırda bu virusun olmasına dair məlumat yoxdur. Lakin qonşu ölkələrdə olduğuna görə yaxın zamanda bizdə də olması təbii haldır. Koronavirusun yeni variantı sürətli yoluxuculuğa malikdir. Amma yoluxmanın artmasının karantinin sərtləşdirilərək, yenidən maska rejiminin tətbiq olunmasına gətirib çıxaracağını düşünmürəm. Çünki önəmli olan yoluxma sayının artması deyil, eyni zamanda xəstəliyin ağırlıq dərəcəsidir. Hansı ki, hazırda bu gözlənilmir. Virusun yeni növünün dünyada yayılaraq ölkəmizə necə təzahür etməsinə diqqət edilərək bir qərar qəbul edilə bilər. Xəstəliyin gedişatını izləyərək ona uyğun tədbirlərin hansı formada atılıb-atlmayacağına qərar verilə bilər", - deyə V.Əliyev bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti