...

Humanitar yardım gətirmişik, Qarabağın erməni əhalisindən cavab gözləyirik - Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini

Cəmiyyət Materials 29 Avqust 2023 19:11 (UTC +04:00)
Humanitar yardım gətirmişik, Qarabağın erməni əhalisindən cavab gözləyirik - Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Ağdam. Trend:

Biz humanitar yardım gətirmişik, Qarabağdakı ermənilərə 40 ton un məmulatı şəklində humanitar yardım keçirmək niyyətimizi ifadə etmişik. İndi Qarabağın erməni əhalisindən və Qarabağdakı sülhməramlı kontingentin rəhbərliyindən cavab gözləyirik.

Bu barədə Trend-ə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibinin müavini Elşən Səlimzadə bildirib.

“Qızıl Aypara Cəmiyyəti üçün nə dəri rəngi, nə dil, nə də din önəmli deyil, biz hər kəsə, o cümlədən, Azərbaycanın erməni əhalisinə kömək etməyə borcluyuq”, - o bildirib.

Qeyd edək ki, Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Qarabağda yaşayan erməniəsilli şəxslər üçün aparılan humanitar yardım yoldadır. Humanitar yardımı aparan karvan artıq Ağdam-Xankəndi yoluna çatıb. Hazırda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin nümayəndələri yükün keçirilməsi ilə bağlı rus sülhməramlılarla danışıqlar aparır. Hazırda yükü aparan TIR-lar gözləmədədir.

Humanitar yardım bu gün səhər saatlarından Bakıdan Xankəndiyə doğru yola düşüb. Humanitar yardıma ilkin mərhələ üçün 40 ton un məmulatları daxildir.Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslan jurnalistlərə açıqlamasında bildirib ki, gələcəkdə qiymətləndirmə prosesini həyata keçirə bilsələr, erməniəsilli şəxslərin digər ehtiyacı olduğu ləvazimatları da çatdıra bilərlər.

Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya “gərgin humanitar vəziyyət”, “blokada”nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir.

Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir.

Xəbər lenti

Xəbər lenti