...

Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb

Cəmiyyət Materials 2 Sentyabr 2023 21:19 (UTC +04:00)
Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının baş katibi ilə görüşüb
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

İstanbulda Türk Dövlətləri Təşkilatının binasında Baş katib Kubanıçbek Ömurəliyev Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşüb.

Trend xəbər verir ki, görüş zamanı Kubanıçbek Ömurəliyev və Hikmət Hacıyev TDT-nin gündəliyində duran məsələləri və qarşıdan gələn TDT tədbirlərinə hazırlıq işlərini müzakirə ediblər.

Tərəflər Türk Dünyasında baş verən son hadisələrlə bağlı da fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti