...

Universitetlərdə bəzi ixtisasların müddəti qısaldıla bilər

Cəmiyyət Materials 6 Sentyabr 2023 17:06 (UTC +04:00)
Universitetlərdə bəzi ixtisasların müddəti qısaldıla bilər
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Universitetlərdə bəzi ixtisasların müddətinin qısaldılması ola bilər. 4 illik müddət 3 ilə enə bilər.

Trend xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ili ilə bağlı media üçün keçirilən brifinq zamanı deyib.

Nazir qeyd edib ki, bununla bağlı təhlillərimiz var və artıq modelləşməsini edirik.

“Universitetlərlə bunu müzakirə edirik. Pilot layihə olaraq növbəti illərdən həyata keçirilə bilər”,- deyə nazir əlavə edib.

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin media üçün brifinq keçirir. Brifinqdə elm və təhsil naziri Emin Əmrullayev çıxış edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti