...

Sus kəndinə ilk köçün vaxtı açıqlandı

Cəmiyyət Materials 7 Sentyabr 2023 14:01 (UTC +04:00)
Sus kəndinə ilk köçün vaxtı açıqlandı

Trend-i buradan izləyin

Bakı. Trend:

Zabuxa köç prosesi çox müvəffəqiyyətlə həyata keçirildi. Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva həmin ailələrlə görüşdü, olduqca maraqlı görüş alındı.

Trend xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.

“Sus kəndi layihəsi də, ümid edirəm, bu cür müvəffəqiyyətli olacaq. Düşünürəm ki, növbəti ilin əvvəlinə oraya köç mümkündür. Bu ilin sonuna kimi Laçında minlərlə yerli sakini görəcəyik. Eynilə Zabuxa ilin sonuna kimi ayda iki-üç köç prosesini təmin edəcəyik”, - Prezidentin xüsusi nümayəndəsi qeyd edib.

Qeyd edək ki, Əlaqələndirmə Qərargahının rəhbərinin müvafiq tapşırığına əsasən, Şəhərsalma məsələləri üzrə işçi qrupunun növbəti iclası Kəlbəcər şəhərində keçirilib. Bu iclas Şərqi Zəngəzur iqtisadi rayonunda Şəhərsalma məsələləri üzrə işçi qrupunun ilk iclası olmaqla yanaşı, Kəlbəcər şəhərində baş tutan birinci iclasdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti