...

Naxçıvanda yeni nazir təyin edildi (FOTO)

Cəmiyyət Materials 8 Sentyabr 2023 10:44 (UTC +04:00)

Bakı. Trend:

Naxçıvan Muxtar Respublikasında yeni rabitə və yeni texnologiyalar naziri təyin olunub.

Trend-in əldə etdiyi məlumata görə, Naxçıvan MR Ali Məclisi sədrinin birinci müavini Azər Zeynalovun sərəncamı ilə Rahid Ələkbərli bu vəzifəyə təyinat alıb.

Bildirilib ki, Rahid Ələkbərli əslən Şahbuz rayonundandır. O, yeni təyinatadək “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş informasiya direktoru vəzifəsində çalışıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti