...

Gündə neçə sərnişin metrodan istifadə edir? - AÇIQLAMA (FOTO)

Cəmiyyət Materials 12 Sentyabr 2023 10:17 (UTC +04:00)
Gündə neçə sərnişin metrodan istifadə edir? - AÇIQLAMA (FOTO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın sonundan sonra metrodan istifadə edən sərnişinlərin sayının 750 minə çatacağı proqnozlaşdırılır.

Trend xəbər verir ki, bunu "Bakı metropoliteni"nin Hərəkət xidmətinin rəisi Elxan Məmmədov bu gün metroda qrafik dəyişikliyi ilə bağlı keçirilən brifinqdə jurnalistlərə açıqlamasında deyib.

"Ehtiyat qatarlar ayrılıb, hazırda 450 minə qədər sərnişin gündəlik olaraq metrodan istifadə edir", - o qeyd edib.

Qeyd edək ki, yeni tədris ilinin başlanması və fəal istirahət dövrünün başa çatması ilə əlaqədar sentyabrın 15-dən Bakı metropolitenində qatarların hərəkət qrafikinə dəyişiklik ediləcək. Bakı Metropoliteni" QSC-nin sədri Zaur Hüseynovun əmri ilə təsdiq edilmiş qatarların hərəkət qrafikinə uyğun olaraq, xətlərdəki qatarların sayı artırılacaq və hərəkəti sıxlaşdırılacaq, interval azaldılacaq.

Metropolitendə iş günlərində hərəkətin gur vaxtı səhər saat 07:00-dan 10:00-a, axşam 17:30-dan 19:30-a qədər müəyyən edilib

Məqalədə:
Xəbər lenti

Xəbər lenti