...

Salyanda yeni doğulmuş körpə yol kənarına atıldı

Cəmiyyət Materials 12 Sentyabr 2023 11:09 (UTC +04:00)
Salyanda yeni doğulmuş körpə yol kənarına atıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Salyanda yeni doğulmuş körpə yol kənarına atılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupu məlumat yayıb.

Bildirilib ki, sentyabrın 12-də səhər saat 5 radələrində Salyan Rayon Polis Şöbəsinə rayonun Qarabağlı kəndi ərazisində yeni doğulmuş körpənin yol kənarına atılması barədə məlumat daxil olub.

Qeyd edilib ki, dərhal polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirilib və körpə Salyan rayon təcili yardım tibb personalına təhvil verilib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalara başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti