...

Pandemiyadan sonra aviabiletlərin qiyməti bahalaşıb - Şaiq Məmmədov

Cəmiyyət Materials 12 Sentyabr 2023 11:21 (UTC +04:00)
Pandemiyadan sonra aviabiletlərin qiyməti bahalaşıb - Şaiq Məmmədov
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Getmə turizmin inkişafına mənfi təsir edən amillərdən biri də aviabiletlərin qiymətinin yüksək olmasıdır.

Trend xəbər verir ki, bunu Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının (ATAA) bir illik fəaliyyətinə həsr edilmiş tədbirdə çıxış edən ATAA-nın Getmə Turizm Komissiyasının rəhbəri Şaiq Məmmədov deyib.

Onun sözlərinə görə, biletlərin qiyməti pandemiyadan sonra daha da artıb.

“Bu gün aviabiletlərin qiymətinin yüksək olması təəssüf doğurmaya bilməz. Mən xüsusilə koronavirus pandemiyasından sonra biletlərin qiymətinin daha da artmasına diqqət çəkmək istərdim. Pandemiyadan əvvəlki dövrə nəzər salsaq, hazırkı qiymətlərdə kəskin artım açıq-aşkar müşahidə olunur. Bu məsələ də turistlərin sayının artırılmasında yerli turizm şirkətlərinə böyük çətinliklər törədir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti