...

Süleyman Mikayılov Ələt qəsəbəsində səyyar qəbul keçirib (FOTO)

Cəmiyyət Materials 14 Sentyabr 2023 15:33 (UTC +04:00)

Bakı. Trend:

Sentyabrın 14-də Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılovun Ələt qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirilib.

Trend xəbər verir ki, qəbulda Milli Məsclisin deputatı Aydın Hüseynov Ələt qəsəbə sakinləri, həmçinin rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri iştirak ediblər.

Keçirilmiş səyyar qəbulda 70-ə yaxın qəsəbə sakinləri iştirak edib.

Sakinlərdən 12 nəfəri fərdi qaydada dinləyən Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov qaldırılan məsələlərin həlli ilə bağlı aidiyyəti təşkilatların rəhbərlərinə müvafiq tapşırıqlarını vermiş, bəzi müraciətlər yerindəcə həll edilib.

Qəsəbə sakinləri əhalinin problemlərinin həll edilməsi məqsədilə yerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Qeyd edək ki, Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov tərəfindən digər qəsəbələrdə də əhali ilə görüşlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti