...

Azərbaycanda əhali bir ayda geyimə 666 mln. manat pul xərcləyib

Cəmiyyət Materials 15 Sentyabr 2023 12:26 (UTC +04:00)
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara 4 milyard 547.7 milyon manat vəsait xərclənib.

Trend Dövlət Statistika Komitəsinin hesabatına əsasən bildirir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 13.3% və ya 533.3 milyon manat çoxdur.

Qeyd edək ki, cari ilin avqust ayında pərakəndə ticarət məntəqələrində toxuculuq məhsulları, geyim və ayaqqabılara xərclənən vəsaitin həcmi isə 666 milyon manata bərabər olub.

Xatırladaq ki, hesabat dövründə istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 12.7%-i toxuculuq məhsullarına, geyim və ayaqqabıların alınmasına sərf olunub. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 0,3 faiz bəndi azdır.

Xəbər lenti

Xəbər lenti