...

EY Azərbaycan şirkəti Dayanıqlı İnkişaf Mövzusunda Beynəlxalq Konfransda iştirak edib (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2023 11:03 (UTC +04:00)

Bakı. Trend:

EY Azərbaycan, Bakı, 18 sentyabr 2023 – EY (Ernst & Young) şirkətinin Azərbaycan üzrə idarəedici partnyoru İlqar Vəliyev Azərbaycan Respublikasının Hesablama və Auditorlar Palataların birgə təşkilatçılığı ilə keçirilən “DAYANIQLI İNKİŞAF. HESABATLILIQ. ŞƏFFAFLIQ” mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak edib.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş bu forumda yerli dövlət qurumları ilə yanaşı nüfuzlu beynəlxalq maliyyə təşkilatları, habelə xarici ölkələrin audit və mühasibat qurumlarının nümayəndələri iştirak edib.

Auditorlar Palatası Şurasının üzvü, EY (Ernst & Young) şirkətinin Azərbaycan Respublikasındakı nümayyəndəliyinin idarəedici partnyoru İlqar Vəliyev konfransda «Müasir dövrdə şəffaflığın audit peşəsinə təsiri» mövzusundə təqdimatla çıxış edib. O, bunları vurğulayıb: “Nüfuzlu təşkılatlar və bizneslər şəffaf və dayanıqlı hesabatlılığı təmin etmək üçün hər zaman hüquqı dəyişikləri izləməlidirlər. İqlim dəyişiklikləri və digər ekoloji, sosial və idarəetmə amillərindən yaranan risklərə qarşı daha dayanıqlı etmək və dayanıqlı iqtisadiyyata keçidlə bağlı yaranan fürsətləri dəyərləndirmək məqsədi ilə qəbul olunan aktları dəyərləndirməlidirlər. Bu sahədə dünyada baş verən trendlər əks olunmuş və Azərbaycanın dayanıqlı inkişaf gündəliyi, maliyyə sektoru və dayanıqlı maliyyə vizyonu müəyyənləşdirilməklə ölkəmizdə Yol xəritəsi tərtib olunmuşdur”.

Bu nüfuzlu forumda Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA), İstanbul Sertifikatlı İctimai Mühasiblər Palatası (İSMMMO) və bir sıra ölkələrin audit və mühasibat təmsilçiləri iştirak edir. Konfrans iştirakçıları auditin normative hüquqi bazasına, metodiki təminatına, təşkili və tənzimlənməsinə dair təcrübə mübadiləsi keçiriblər.

Qeyd edək ki, EY Azərbaycanda 1994-cü ildən bəri fəaliyyət göstərən ilk beynəlxalq audit-konsaltinq şirkətidir.

Xəbər lenti

Xəbər lenti