Bakı. Trend:
Naxçıvan Muxtar Respublikasında əhali arasında təşviş yaradan xəbərlər yayılıb.
Trend xəbər verir ki, "WhatsApp" mesajlaşma proqramı üzərindən insanlara uşaq oğrularının olduğu ilə bağlı məlumatlar göndərilib.
Bildirilib ki, Qaraxanbəyli məktəbinin qarşısında 5-ci sinif şagirdini oğurlamağa cəhd ediblər. Həmin mesajlarda bir qadının evləri dolaşaraq, uşaqların sayını dəqiqləşdirdiyi deyilir.
Hadisə ilə bağlı Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyindən verilən məlumata görə, sosial şəbəkələrdə yayılan xəbərlər həqiqəti əks etdirmir, dezinformasiyadır.