...

İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər (FOTO)

Cəmiyyət Materials 23 Sentyabr 2023 11:51 (UTC +04:00)
İstanbuldan Bakıya yarım kiloyadək qızıl-zinət əşyaları keçirmək istədilər (FOTO)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

İstanbuldan Bakıya qızıl-zinət əşyalarının qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb.

Trend xəbər verir, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Bildirilib ki, İstanbul-Bakı aviareysi ilə gələn iki nəfər vətəndaşdan DGK Heydər Əliyev Beynəlxalq Aeroportunda xidmət aparan əməkdaşının köməyi ilə gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə keçirdikləri 493 qram qızıl-zinət əşyaları aşkarlanıb.

Qeyd edilib ki, hazırda faktla bağlı Əməliyyat-İstintaq Baş İdarəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti