...

Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb (FOTO)

Cəmiyyət Materials 25 Sentyabr 2023 09:51 (UTC +04:00)
Böyük Qayıdışla bağlı layihənin icrasına başlanılıb (FOTO)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

ADA Universiteti Elm və Təhsil Nazirliyinin İqtisadiyyat İnstitutu ilə birgə bu ilin sentyabr ayından etibarən “İşğaldan azad edilmiş ərazilərə əhalinin geri qayıdışının və reinteqrasiyasımın təmin edilməsi məqsədilə məcburi köşkünlər arasında sosioloji sorğunun keçirilməsi və ilkin proqnozların hazırlanması” layihəsinin icrasına başlayıb. Layihə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın Tədbirlər Planının “Əhalinin geri qayıdışı və ərazilərdə dayanıqlı icmaların yaradılması” prioritet istiqamətinin “Əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili” fəaliyyət istiqaməti üzrə sosioloji sorğu əsasında əhalinin geri qayıdışı ilə bağlı ilkin proqnozların hazırlanmasının təmin edilməsi məqsədilə həyata keçirilir.

Layihə çərçivəsində məcburi köçkünlərin Böyük Qayıdışa dair rəy və təklifləri, həmçinin reinteqrasiya ehtiyacları və potensialı öyrəniləcəkdir. Bununla əlaqədar olaraq, müxtəlif sosial-demoqrafik qrupları təmsil edən məcburi köçkünlərin iştirakı ilə “fokus-qrup” müzakirələrinin təşkil olunması nəzərdə tutulub.

Layihəyə rəhbərlik edən ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə bildirib ki, “fokus-qrup” müzakirələri Böyük Qayıdış prosesində effektiv strategiya və siyasətlərin işlənib hazırlanmasında mühüm rol oynayacaq.

Layihənin elmi rəhbəri, İqtisadiyyat İnstitutunun Baş direktoru, i.e.d., prof. Nazim Müzəffərlidir.

Layihənin daha effektiv icrasını təmin etmək məqsədilə sentyabrın 19-da ADA Universitetində müxtəlif dövlət qurumlarının (nazirlik, xüsusi nümayəndəlik, agentlik, komitə və s.) nümayəndələri, millət vəkilləri, habelə qeyri-hökumət təşkilatlarının təmsilçiləri ilə görüş keçirilib.

Görüş zamanı Tədqiqat Qrupunun üzvləri müvafiq qurumlardan dəvət edilmiş nümayəndələrlə “fokus-qrup” müzakirələrin səmərəli təşkili məsələlərinə toxunulub. Layihənin əvvəlki mərhələsində əldə edilən təcrübə və müşahidələrlə də bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, layihə keçmiş məcburi köçkünlərin könüllü, ləyaqətli və təhlükəsiz formada öz doğma torpaqlarına qayıdışının növbəti mərhələsini proqnozlaşdırmaq üçün əhəmiyyətli nəticələr ortaya qoyacaq. Əlavə edilib ki, yekun təklif və tövsiyələr hazırlanarkən görüş iştirakçılarının rəy və mülahizələri müvafiq qaydada nəzərə alınacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti