...

Kürdəmirdə partlayış oldu - Yaralılar var

Cəmiyyət Materials 25 Sentyabr 2023 16:04 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Kürdəmirdə evdə partlayış olub.

Trend xəbər verir ki, hadisə rayonun Çöhranlı kəndində qeydə alınıb.

Bildirilib ki, qaz balonunun partlaması nəticəsində ər və arvad ağır yanıq xəsarətləri alıblar.

Onlar dərhal təcili tibbi yardım maşını ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyəti ağırdır, buna görə də müalicələrini Bakı şəhərində davam etdirmələri nəzərdə tutulub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti