...

Bu dərsliklər üzərində işə başlanılıb - RƏSMİ

Cəmiyyət Materials 28 Sentyabr 2023 11:33 (UTC +04:00)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Gələn il hazırlanacaq 5-9-cu sinif dərslikləri üzərində işə başlanılıb. Proses may ayınadək başa çatacaq.

Trend xəbər verir ki, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu deyib.

O bildirib ki, Nazirlər Kabinetinin qərarına əsasən dəyişilməsinə ehtiyac olan dərsliklər mütəmadi yenilənməlidir:

"Bu dərsliklərə tarix, coğrafiya fənləri daxildir. Həmçinin, kurikulum proqramında dəyişiklik olduğu üçün 5-6-cı siniflər üçün Təbiət dərsliyi hazırlanıb".

Qeyd edək ki, Elm və Təhsil Nazirliyinin ümumi və məktəbəqədər təhsildə məzmun tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu "Təhsil masası"nda dərsliklər və onların məzmunu barədə suallara aydınlıq gətirib.

Xəbər lenti

Xəbər lenti