...

Zaqatalada baş vermiş partlayışla bağlı cinayət işi açıldı

Cəmiyyət Materials 2 Oktyabr 2023 17:28 (UTC +04:00)
Zaqatalada baş vermiş partlayışla bağlı cinayət işi açıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Sentyabrın 30-da Zaqatala rayonunun Yengiyan kəndində baş vermiş partlayış nəticəsində 1 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Zaqatala rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, araşdırmalarla 1994-cü il təvəllüdlü Həmid Gülməmmədovun qeyd edilən tarixdə Məqsəd Rzayev və İlqar Cumayevlə aralarında yaranmış mübahisə zamanı üzərindəki əl qumbarasını atması nəticəsində baş verən parlayışla əlaqədar aldığı xəsarətlərdən ölməsi, Məqsəd Rzayevin isə növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Zaqatala rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1, (qəsdən adam öldürmə) 29, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq döyüş sursatı və partlayıcı maddələri saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq istintaq davam aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti