Bakı. Trend:
Sumqayıtda ev yanıb.
Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Sumqayıt şəhərində ümumi sahəsi 180 m² olan, birmərtəbəli, 3 otaqlı, mansarda tipli evin yanar konstruksiyaları yanıb.
Qeyd edilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.