Bakı. Trend:
Birlik və həmrəylik nümayişi olaraq Yəhudi İcmasının və Azərbaycan xalqının yüzlərlə nümayəndəsi Bakıdakı Dağ Yəhudiləri sinaqoquna gələrək, İsraildə 1300-dən çox günahsız dinc sakinin həyatına son qoyan faciəvi HƏMAS terror aktına görə başsağlığı verib və öz dəstəklərini göstəriblər.
Trend xəbər verir ki, çıxış edənlər bəşəriyyətə qarşı törədilmiş bu dəhşətli cinayətləri pisləyiblər.
“Bu çətin anlarda biz İsraillə həmrəyik və sülh və insanlıq naminə birgə öhdəliyimizdə qətiyyətliyik”, - Dağ Yəhudiləri İcmasının lideri Milix Yevdayev bildirib.
"Bu, uzun və çətin yol ola bilər. Ancaq bir şey dəqiqdir, bir şey danılmaz və qaçılmazdır: Biz qalib gələcəyik", - İsrail səfiri Corc Dik HƏMAS-ın İsraili məhv etmək məqsədini açıqlayarkən deyib.
Faciəli şəkildə həyatını itirən 1300 israillinin xatirəsini yad etmək üçün dua mərasimi keçirilib. Şamlar yandırılıb, həlak olanlar və onların kədərli ailə üzvləri üçün dualar oxunub.