...

Su kanalında 55 yaşlı kişinin meyiti tapıldı

Cəmiyyət Materials 16 Oktyabr 2023 12:43 (UTC +04:00)
Su kanalında 55 yaşlı kişinin meyiti tapıldı
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Şərurda su kanalında meyit aşkarlanıb.

Trend xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, oktyabrın 14-də Şərur rayonunun Yengicə kənd sakini 1968-ci il təvəllüdlü Eldar Mirzəyevin meyitinin yaşadığı kəndin ərazisindən keçən su kanalından tapılması faktı ilə bağlı Şərur rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti