...

Ucarda yanğın belə söndürüldü (VİDEO)

Cəmiyyət Materials 21 Oktyabr 2023 10:30 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Ucar rayonu, Qaracallı kəndi ərazisində yük avtomobilində yanğın baş verib.

Trend xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyin məlumat yayıb.

Bildirilib ki, FHN Dövlət Yanğından Mühafizə Xidməti Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində “İVECO” markalı yük avtomobilinin qoşqu hissəsində baş vermiş yanğın qısa müddətdə söndürülərək digər hissələrinə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində qoşqunun iki ədəd təkəri yanıb, yük avtomobili və qoşqunun üzərində olan kənd təsərrüfatı texnikası yanğından mühafizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti