...

İnsanların ödəniş davranışları və həyat tərzi rəqəmsal xidmətləri təşviq edir - Fərid Osmanov

Cəmiyyət Materials 26 Oktyabr 2023 15:19 (UTC +04:00)
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

İnsanların ödəniş davranışları və həyat tərzi rəqəmsal xidmətləri təşviq edir. Bu zərurətdən irəli gələrək maliyyə bazarları üzrə kibertəhlükəsizlik strategiyasını formalaşdırdıq və bazarda qiymətləndirmə etdik.

Trend xəbər verir ki, bunu Mərkəzi Bankın baş direktoru Fərid Osmanov "Kritik informasiya strukturlarının kibermüdafiəsində effektivlik necə təmin edilməlidir" adlı paneldə çıxışı zamanı deyib.

O qeyd edib ki, maliyyə bazarları dövlətin iqtisadiyyat sisteminin ən böyük parçalarından biridir.

“Ənənəvi olaraq ən sürətli rəqəmsallaşan maliyyə bazarlarının maliyyə sistemidir. Çünki insanların maliyyə sisteminə əlçatanlığı üçün rəqəmsallaşma bu sahədə inkişaf edir. Bu da qlobal olaraq Mərkəzi Bank qarşısında öz çağırışlarını verir. Biz də bu sahədə öz addımlarımızı atırıq.

Mərkəzi Bankda qanunamüvafiq dəyişikliklər olub. Biz nəinki bank sektoru üzrə, həm də sığorta və kapital bazarları üzrə informasiya təhlükəsizliyini müəyyən edirik. Qiymətləndirmə zamanı görürük ki, bu gün fərdi məlumatlar bank sektorunda formalaşır. Biz bu barədə kifayət qədər yol qət etməliyik. Bununla bağlı qiymətləndirmə də həyata keçirmişik. Biz kibertəhlükəsizlik strategiyamızı müəyyən etmişik.

Kibermüharibədə iştirak edən təşkilatların əksəriyyəti banklardır. Bu bizi sevindirir. Gələcəkdə sığorta təşkilatları da burada olsa, yaxşı olar. Bu barədə addımlar atılır. Çünki sığorta üzrə təkmilləşdirməyə ehtiyac var.

Strategiyamızın bir neçə istiqaməti mövcuddur. Bu istiqamətlər üçün aidiyyəti qurumlarla sıx əməkdaşlıq etməliyik. Bu əməkdaşlıq çox vacibdir”, - deyə o əlavə edib.

Xəbər lenti

Xəbər lenti