...

Füzulidə Zəfər Günü qeyd olunub (FOTO/VİDEO)

Cəmiyyət Materials 8 Noyabr 2023 20:02 (UTC +04:00)
Füzulidə Zəfər Günü qeyd olunub (FOTO/VİDEO)
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Füzulidə 8 Noybar- Zəfər Günü ilə əlaqədar tədbir keçirilir. Zəfər Günü tədbiri Özbəkistan Prezidentinin özbək xalqı adından Qarabağa hədiyyə olaraq inşa etdirdiyi Füzuli rayonu Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbdə təşkil edilib.

Trend xəbər verir ki, tədbirdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları və digər rəsmi şəxslər, şəhid ailələri, qazilər, hüquq mühafizə orqanlarının əməkdaşları, Füzulidə məskunlaşan ailələr, məktəb kollektivi iştirak edir.

Tədbirin rəsmi hissəsindən sonra Zəfər Gününə həsr olunmuş videoçarx təqdim ediləcək, həmçinin muğam konserti və sonda atəşfəşanlıq olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti