...

2023 ən isti il ola bilər

Cəmiyyət Materials 9 Noyabr 2023 14:26 (UTC +04:00)
2023 ən isti il ola bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin oktyabr ayı bütün müşahidələr dövründə ən isti, eləcə də rekord yüksək temperaturu olan ardıcıl beşinci ay olub, 2023-cü il isə çox güman ki, ən isti il olacaq.

Trend xəbər verir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatından (ÜMT) bildirilib.

Oktyabr ayındakı temperatur 1991-2020–ci illərin orta göstəricisini 0,85 dərəcə Selsi, əvvəlki oktyabr rekordunu isə 0,4 dərəcə Selsi üstələyib.

Bu ilin yanvar-oktyabr aylarında orta qlobal temperatur bütün müşahidələr dövründə ən yüksək olub: 1850-1900-cü illərin orta göstəricisindən 1,43 dərəcə Selsi və 2016-cı ilin analoji dövrü ilə müqayisədə 0,1 dərəcə Selsi daha yüksəkdir.

Oktyabr ayında Antarktidadakı dəniz buz sahəsi ardıcıl altıncı ay ərzində ən aşağı səviyyədə qalıb, 60 dərəcə cənub enliyi ilə 60 dərəcə şimal enliyi arasındakı dəniz səthinin orta temperaturu bütün müşahidələr dövründə oktyabr ayı üçün ən yüksək olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti