Bakı. Trend:
Dəfn pullarının məbləği artırılmalıdır.
Trend-in məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, o pulla qəbiristanlıqda 10 sm yer almaq mümkün deyil.
“Bakı şəhərində qəbiristanlıqlarda yer almaq çox ciddi məsələdir. Verilən pul yer alınması, dəfn edilməsinin cüzi hissəsini təmin edə bilir. Ona görə də bu vəsait artırılmalıdır”, - deyə o, əlavə edib.