...

Ermənilər Qarabağdakı alban kilsələrini saxtalaşdırıblar - Robert Mobili

Cəmiyyət Materials 15 Noyabr 2023 12:44 (UTC +04:00)
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı.Trend:

Bizim ətraf mühit müsəlman mühitidir. Onların içərisində bizlər, digər dini etiqad nümayəndələri mehriban formada yaşayır. Bu, tolerantlıqdır.

Trend xəbər verir ki, bunu Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "Heydər Əliyev siyasəti: tolerantlıq" mövzusunda konfransda deyib.

"Biz bu birgəliyin 44 günlük Vətən Müharibəsi zamanı bir daha şahidi olduq", - o deyib.

"Ermənilər Qarabağdakı mədəni irsin guya erməni mədəni irsi olması, oradakı alban kilsəsinin erməni kilsəsi olmasını və Azərbaycanın onları zəbt eləməsini iddia edirlər. O mədəni irs alban mədəni irsidir. Bu, danılmaz faktdır. Oradakı məbədlər, mədəni irs, alban kilsələri saxtalaşdırılıb. Həmin abidələrdə vandalizm halları açıq-aşkar görünür", - R.Mobili əlavə edib.

"Mən inanıram ki, yaxın zamanda Qarabağda səhərlər azan səsi olacaq, günorta isə kilsənin səsi eşidiləcək. Bu Azərbaycanda yaşayan bütün millətlərin istəyidir, arzusudur", - o vurğulayıb.

Xəbər lenti

Xəbər lenti