...

Ölkəmizdə genderyönümlü hökumət qurulub - Nepallı nazir

Cəmiyyət Materials 20 Noyabr 2023 11:36 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Sülh quruculuğu, siyasi transformasiya prosesində Nepal aktiv iştirak edib.

Trend xəbər verir ki, bunu Nepalın qadınlar, uşaqlar və ahıllar üzrə naziri Surendra Rac Açarya Bakıda Qoşulmama Hərəkatının “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransında çıxışı zamanı deyib.

“Nepalda yerli özünüidarəetmə orqanlarında qadınların iştirakı 24 faizdir. Biz münaqişələrə, qadınlar və uşaqlarla bağlı məsələyə xüsusi diqqət yetiririk. Bizim konstitusiyamızda qadın və uşaqların fundamental hüquqları tanınıb.

Onların bir çox məsələlərdə iştirakı tam təmin edilib. Yerli özünüidarəetmə orqanlarında qadınların iştirakı 24 faizdir. 2022-ci ildə keçirilən seçkilərdə isə onların 21 faiz iştirakı qeydə alınıb. Nepalda 2021-ci ildə genderyönümlü hökumət qurulub. Bu sistem bütün idarəçilik strukturlarında təşəkkül tapmaqdadır. 2019-cu ildə qadınların qərarverici orqanlarda iştirakı 27 faizə qədər yüksəlib.

Biz insan hüquqları ilə bağlı bir çox konvensiya və sazişləri nümunə göstərə bilərik ki, onlar Nepalda da milliləşdirilib. Gender baxımından ayrı-seçkiliyə yol verən qaydalar dəyişdirilib. Nepal genderyönümlü büdcənin formalaşması təşəbbüslərinə də qoşulmaqdadır", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti