...

Ölkəmizdə gender bərabərliyi mövzusunda boşluqlar var - Dominikanlı nazir müavini

Cəmiyyət Materials 20 Noyabr 2023 12:41 (UTC +04:00)
Ölkəmizdə gender bərabərliyi mövzusunda boşluqlar var - Dominikanlı nazir müavini
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Dominikan Respublikasında inkişaf olsa da, gender bərabərliyi mövzusunda boşluqlar var.

Trend xəbər verir ki, bunu Dominikan Respublikası Qadın İşləri Nazirliyinin idarələrarası koordinasiya üzrə nazirinin müavini Melacia Mireya Almonte Taveras Bakıda “Qadınların hüquqlarının inkişaf etdirilməsi və səlahiyyətlərinin artırılması” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

"Əmək bazarında qadınların yer tutması çətindir. Gender baxımından kişilər əsas qərarverici vəzifələrdə 74 faiz təşkil edir. Bu sahədə qadınların vəziyyətini daha da yaxşılaşdırmalıyıq. Milli faəliyyət planına əsasən, gender bərabərliyini təmin etməliyik”,- deyə o əlavə edib.

Qeyd edək ki, Bakıda Qoşulmama Hərəkatının konfransı keçirilir. Konfrans Qoşulmama Hərəkatının hazırkı sədri qismində Azərbaycan Respublikası ilə yanaşı, təsisatın növbəti sədrləri kimi Uqanda və Özbəkistanın birgə təşkilatçılığı ilə baş tutur.

Tədbirdə Qoşulmama Hərəkatına üzv ölkələrin, həmçinin təsisat yanında müşahidəçi statusuna malik dövlətlərin, beynəlxalq təşkilatların nümayəndələri, həmçinin xüsusi qonaq qismində dəvət olunan yüksək vəzifəli rəsmi şəxslər də daxil olmaqla, ümumilikdə 60-a yaxın nümayəndə heyəti iştirak edir.

Xəbər lenti

Xəbər lenti