...

Çalışırıq ki diskriminasiyaların qarşısını alaq - Martinika nümayəndəsi

Cəmiyyət Materials 21 Noyabr 2023 09:31 (UTC +04:00)
Humay Ağacanova
Humay Ağacanova
Bütün xəbərlər

Bakı. Trend:

Biz çalışırıq ki diskriminasiyaların qarşısını alaq.

Trend xəbər verir ki, Müstəqil Martinika naminə ekoloqlar və demokratlar Hərəkatının nümayəndəsi Klaudette Duhamel "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

O qeyd edib ki, qadınlar diskriminasiyaya məruz qalır.

“Müstəmləkədən ən çox əziyyət çəkən, müstəmləkə və quldarlıqdan ən pis vəziyyətə düşən qadınlar olub. Elə situasiya yaradıblar ki, qaradərili qadınlar ən aşağı səviyyə hesab edilib. Qadınlara insan yox, əşya kimi yanaşırdılar. Qaradərili insanlara həyat qurub, azad yaşamağı üçün imkan verilmirdi”, - deyə o bildirib.

Qeyd edək ki, Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda tədbir keçirilir. Tədbir Qoşulmama Hərəkatının Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə baş tutur.

Xəbər lenti

Xəbər lenti