Bakı. Trend:
Doğma yurda qayıdışdan böyük sevinc hissi ola bilməz.
Bunu Trend-ə açıqlamasında Laçın sakin Şahsuvarov Rauf deyib.
Onun sözlərinə görə, hazırda Laçın günü-gündən dirçəlməkdədir. Orada quruculuq işləri davamlı şəkildə aparılır. Bu isə hamımızı sevindirir.
“Öz yurdundan uzun illər didərgin düşmüş insanların geri qayıtmalarını arzulayıram.
Xankəndidə üç rəngli bayrağımızın dalğalanması bizi ürəkdən sevindirdi. İnşallah oraya da sakinlərimiz qayıdacaq.
Ali Baş Komandanımıza təşəkkürümüzü bildiririk. Yəqin ki, Ali Baş Komandanın rəhbərliyi, xalqımızın birliyi nəticəsində daha çox xoş günlərimiz qarşıda olacaq”, - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün də nəzərə alınmaqla Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.