...

Dağlıq ərazilərə qar yağacaq - PROQNOZ

Cəmiyyət Materials 27 Noyabr 2023 13:30 (UTC +04:00)
Dağlıq ərazilərə qar yağacaq - PROQNOZ
Gülnarə Kərimova
Gülnarə Kərimova
Bütün xəbərlər

Bakı. Trend:

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, şimal-qərb küləyi gündüz mülayim cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6°, gündüz 10-15° olacaq.

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecə bəzi şimal və qərb rayonlarında yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7°, gündüz 15-20°, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti