Bakı. Trend:
Son günlər şagirdlərin xəsarət alma hadisələri baş verir. Məktəbdaxili geniş tədbirlərdə şagirdlərin toqquşması, xəsarət alması kimi hallar olur.
Trend xəbər verir ki, bu barədə Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda çıxışı zamanı deyib.
“Məktəbdə baş verən hadisələrlə bağlı çalışırıq ki, sayı azalsın və baş verməsin. Amma təəssüf ki, bu istiqamətdə hələ də problemlər var. Bunların həll etməyə çalışırıq”,- deyə o bildirib.
Qeyd edək ki, “Effektiv kommunikasiya” mövzusunda seminar keçirilir. Seminarda Məktəbəqədər və ümumi təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov, Elm və Ali təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Peşə təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov iştirak edir.