Bakı. Trend:
Öz muğam sənətimi Laçında davam etdirəcəyəm.
Bunu Trend-ə açıqlamasında Laçın sakini Amin Yusifli deyib.
Onun sözlərinə görə, məktəbli yaşında muğam sənətinin vurğunudur və doğma diyarda, Laçın dağlarında muğam oxumaq böyük duyğudur.
"Laçın haqda baba, nənə və atamdan eşitmişəm. İndi isə görmədiyim Laçına qayıdıb, orada yaşayıb yaratmaq istəyirəm", - deyə o qeyd edib.
Qeyd edək ki, bu gün Laçın şəhərinə 17 ailə - 63 nəfər yola salınıb. Bununla da Laçın şəhərində 363 ailə, yəni 1389 nəfərin daimi məskunlaşması təmin edilib.